“Ağdama köçmək üçün ürəyim gedir” - Arif Babayev

 “Ağdama köçmək üçün ürəyim gedir” - Arif Babayev

Tanınmış xanəndələr Xalq artisti, Muğam ustası, Professor Arif Babayevi evində ziyarət ediblər. 

Bu barədə Lent.az-a Arif Babayev özü məlumat verib. O bildirib ki, artıq Yeni illə bağlı ilk süfrəsini qurub və tələbələri ilə bayramı keçirib. Tələbələri, muğam ifaçıları Təyyar Bayramov, Elnur Zeynalov, İlkin Əhmədov və Babək Niftəliyev "Şöhrət" ordenli müəllimlərinin evində qonaq olublar. 

“Sağ olsunlar, tez- tez gəlib baş çəkirlər. Artıq Yeni ilin gəlişini bir dəfə tələbələrimlə qeyd etmişəm. Siz jurnalistlər də məni unutmursunuz, sağ olun , ona görə, media nümayəndələrini sevirəm”,-deyə Arif Babayev bildirib. 

Yeni ildə xalqımıza bolluq, ruzi-bərəkət və müharibəsiz həyat arzulayan Xalq artisti öz arzusunu da dilə gətirib. 

“Ağdama köçmək, ata yurdumu yenidən qurmaq, abadlaşdırmaq üçün ürəyim gedir. Allah bir az can sağlığı, möhlət versin. Bu arzumu da gerçək edim. Gedib ata ocağımı görmüşəm. İmkan düşən kimi orada ev tikəcəm”,- deyə Arif Babayev bildirib. 

17:30 - 30 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin