"Ukraynada son bir ildə silah istehsalı üç dəfə artıb”.
Asayis.Az xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında yayımlayıb.
O bildirib ki, Rusiyanın hücumlarına cavab gecikməyəcək:
"Güclü olmalıyıq. Son bir ildə silah istehsalını üç dəfə artırdıq. Rusiya anlamalıdır ki, onun hər bir hücumuna cavab gecikməyəcək. Bizə qələbə lazımdır. Ukrayna daha güclü olmalıdır”.
Hazırda Ukraynanın müdafiə sektorunda 300 min adamın çalışdığını deyən Zelenski, hər 5 müdafiə şirkətindən 4-nün özəl olduğuna diqqət çəkib.
Zelenski dünyanın ən böyük xarici silah istehsalçıları ilə birgə istehsalın da mümkün olduğunu bildirib.