Qarabağ səhifəsi bağlandı - Sakit oturaq, sülh imzalasınlar

 Qarabağ səhifəsi bağlandı - Sakit oturaq, sülh imzalasınlar

Ermənistana Qarabağ məsələsində daha dərinə getməməyi məsləhət görürəm. Bu bizə heç nə vermir.

Asayis.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Qarabağdan Ermənistana köçən separatçıların nümayəndəsi Samvel Babayan deyib.

“Ermənistan üçün, sülh üçün gəlin sakit oturaq. Proses öz axarı ilə getsin. İrəvan Bakı ilə sülh danışıqları aparır, buna qarışmayaq. Qarabağ məsələsində nizam-intizam yox idi, səhifə bağlandı. Elə davranaq ki, sonralar sülh sazişinin əldə olunmasında problem yaranarsa, günahkar Qarabağdan gələnlər olmasın. Bu məsələnin daxil edilmədiyi bir müqavilə imzalamağa hazırdırlar, qoy etsinlər. Ermənistana sülh gətirəcəksə, bu addımı atsınlar”, – S.Babayan deyib.

14:15 - 29 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin