Asayis.Az xəbər verir ki, mərasim İstanbulda keçirilib.
Bildirilir ki, yeddi yaşlı uşağın mərasimində 12,5 milyon lirədən çox (722,2 min manat) pul yazılıb. Bundan başqa, ona dörddəbirlik və yarımlıq qızıl sikkələr, hətta maşın hədiyyə edilib.
Mərasimə ümumilikdə altı min qonaq qatılıb.
Məlumata görə, dəstə-dəstə pulların çamadanlara sığmadığı sünnət toyunda vəsaiti hesablamaq üçün altı masada altı fərqli komanda yaradılıb.