ABŞ-ın Florida ştatında bir qadının evində 309 heyvan tapılıb. Asayis.Az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Bildirilib ki, 48 yaşlı qadının Frostproof şəhərindəki evində 164 quş, 142 pişik və üç it tapılıb. Məlumata görə, evə ilk girən polis məmuru qəfəsə bağlanmış təxminən 75 toyuq, tovuz və ördəklə qarşılaşıb. Rəsmilər bu heyvanların bəzilərinin zəif və xəstə göründüyünü söyləyib. Evə baxış keçirən polis məmuru ammonyak qoxusunu “dözülməz” adlandırıb. Saxlanılan qadın açıqlamasında heyvanları sadəcə çox sevdiyini bildirib.
Araşdırmalar davam etdirilir.
