Avarçəkmə Federasiyası het-trik etdi - FOTO

 Avarçəkmə Federasiyası het-trik etdi - FOTO

Gənclər və İdman Nazirliyi tərəfindən 2023-cü ilin idman yekunlarına həsr edilmiş tədbir keçirib.

Asayis.Az xəbər verir ki, tədbir zamanı müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adları açıqlanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 3 nominasiya üzrə mükafatçılar sırasında yer alıb. 

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin idman federasiyası nominasiyasında 3-cü olub. Federasiya tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Prezident Kuboku-2023” reqatası ilin  idman tədbiri nominasiyasında mükafat qazanıb. Reqata 2023-cü ilin ikinci ən yaxşı tədbiri seçilib. 

“Prezident kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq avarçəkmə yarışlarının keçirildiyi “Kür” Olimpiya Tədris-İdman Mərkəzi isə 2023-cü ilin ən yaxşı idman qurğusu nominasiyasında birinci yerə layiq görülüb.



 

14:19 - 27 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin