Sosial şəbəkədə hazırda həbsxanada olan məşhur meyxanaçı Rəşad Dağlının “Niva” markalı avtomobilinin satışa çıxarılması ilə bağlı məlumat yayılıb. “Qaynarinfo” məlumatı dəqiqləşdirmək üçün meyxanaçı Cahangeşt Ələkbərli Balaxanı ilə əlaqə saxlayıb. Meyxanaçının köməkçisi Rəşad Dağlının avtomobilinin çoxdan satıldığını qeyd edib:
“Niva” hardasa 6-7 ay bundan əvvəl satılıb”.
Qeyd edək ki, Rəşad Dağlı İsgəndər Mehdiyevi qətlə yetirməyə gedərkən bu avtomobillə gedib. Bu cinayətə görə Rəşad Dağlı məhkəmənin qərarı ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.