Nəsrin transparan geyimi ilə müzakirə yaratdı - FOTOLAR

 Nəsrin transparan geyimi ilə müzakirə yaratdı - FOTOLAR

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yenidən geyimi ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ötən gün Türkiyədə baş tutan "GQ" gecəsinə qatılanlar arasında Nəsrin də yer alıb. O, gecəyə transparan qara libasda gəlib.

Onun geyimi sosial media izləyiciləri tərəfindən müzakirə olunub. Aktrisanın libasını bəyənənlərlə yanaşı tənqid edənlər də olub.

Qeyd edək ki, Nəsrin hazırda "Şahane hayatım" serialında rol alır.

 

12:15 - 21 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin