Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev prezident seçkilərində namizədliyini irəli sürəcək.
Asayis.Az xəbər verir ki, deputatın rəhbərlik etdiyi partiyanın bu gün keçirilən iclasında onun namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
Deputatın müvafiq sənədlərinin tezliklə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyi bildirilir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin və BAXCP sədri Qüdrət Həsənquliyevin namizədliyi irəli sürülüb.