Bu tələbələrə 3 min manat veriləcək

 Bu tələbələrə 3 min manat veriləcək

Son günlər Azərbaycandakı universitetlər təhsildə yüksək nailiyyətlər göstərən tələbələr arasından “Heydər Əliyev adına təqaüd”ə layiq görülən gənclərin siyahısını ictimaiyyətə açıqlayır.

Modern.az saytı sosial şəbəkələrdə “Heydər Əliyev adına təqaüd”lə bağlı sualların çox olmasını nəzərə alaraq, bu barədə qısa məlumatı diqqətinizə çatdırır.
 
“Heydər Əliyev adına təqaüd” Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2023-cü il tarixli sərəncamı ilə təsis olunub.
 
Sərəncam “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar imzalanıb.

Sərəncama əsasən ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbəyə “Heydər Əliyev adına təqaüd” veriləcək.

Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına hər tələbəyə 3000 manat məbləğində olmaqla birdəfəlik ödəniləcək.

12:45 - 19 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin