"4 ildir susmağımın səbəbi bu idi"

Müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında yaşanan məhkəmədən bəhs edib.

Axşam.az xəbər verir ki, Ali Məhkəmənin qərarı ilə X.Hidayətqızı Ayseldən üzr istəməli, dediklərini təkzib etməli və 2 min manat təzminat ödəməlidir. Aysel bu günə kimi məsələ ilə bağlı danışmamasının səbəbini açıqlayıb:

"4 il yarımdır ki, proses davam edir. Bu, təkcə mənim qalibiyyətim deyil. Haqqımda verilimiş qərar, dövlətin qanunlarının həqiqətən keçərli olmasının sübutu və hər kəsin hüququnu müdafiə etməsinin təminatıdır. Bu günə kimi susdum, yüz söz dedilər, şərhlər yazdılar. Yazdılar ki, niyə cavab vermirsən, demək doğrudur. Susmağımın səbəbi budur. Heç kimlə deyişmirəm, artıq-əskik cavab vermirəm, məsələni qanunla həll edirəm. Haqqımda yazılan təhqirlərə cavab verməyə nə tərbiyəm, nə səviyəm icazə verir. Dünyada ağ, qara, pis, yaxşı deyilən anlayış var. Düşüncəsi pis və ya yaxşı olan insanlar var. Normaldır, normal da qarşılayıram. Şantajlı şərhlər yazırlar. Camaat sevir məhkəmələrdə olsun, sürünsün. Qanun qarşısında aciz qalıb, şantajlara keçmək...".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. Ötən gün Ali Məhkəmənin qərarı çıxıb. Qərara əsasən X.Hidayətqızı Ayseldən üzr istəməli, 2 min manat təzminat ödəməlidir.

14:45 - 18 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin