Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Lətafət Ələkbərova sosial şəbəkədə paylaşdığı videoda deyib. O, bütün bədəninin səpdiyini, lakin qızılca olmadığını bildirib:
"Gözləyirik ki, allergiya sakitləşsin. Çünki artıq nəfəsim belə kəsilmişdi. Təcili tibbi yardım sağ olsun, 10 dəqiqə ərzində gəldi. Bütün bədənim bu vəziyyətdədir. Əvvəl qorxdum ki, qızılcadır, amma allergiya olduğumu dedilər".