“Sevilya” baş məşqçisini qovdu

 “Sevilya” baş məşqçisini qovdu

"Sevilya”nın baş məşqçisi Dieqo Alonso istefaya göndərilib.

Klub uruqvaylı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.

48 yaşlı Alonso oktyabr ayından “Sevilya”nı çalışdırıb. Onun rəhbərliyi altında İspaniya klubu 14 oyun keçirib, 2 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib, 7 görüşdə isə uduzub.

Dekabrın 16-da “Sevilya” La Liqanın 17-ci turunda evdə “Xetafe”yə məğlub olub. (0:3). Əndəluslular 13 xalla İspaniya çempionatında 16-cı pillədə qərarlaşıb.
Bundan əlavə isə “Sevilya” Çempionlar Liqasının B qrupunda 2 xalla sonuncu pilləni tutub və avrokuboklardan kənarda qalıb.//Oxu.az

13:00 - 18 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin