Röyanın dostu, iş adamı İstanbulda həbs olundu - FOTO

 Röyanın dostu, iş adamı İstanbulda həbs olundu - FOTO

Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda beynəlxalq yükdaşımalarla məşğul olan Alban pasportlu iş adamı Dionıs Şahollini həbs edib.

Konkret.az xəbər verir ki, saxlanılan şəxs dələduzluq və hədə-qorxu ilə pul tələb etməyə görə həbs olunub.
 
Araşdırma zamanı D.Şahollinin üzərində Xəmzət İsmayılovun adına Rusiya Federasiyası vətəndaşının pasportu olub. Bununla belə, Türkiyədə saxlanılan Dionys Şaholi əslində dələduzluqda təqsirləndirilən, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Azad İsayevdir.
 
Qeyd edək ki, bu şəxs barəsində istintaq İstanbul Bakırköy və Küçükçekmece rayon prokurorluqları tərəfindən aparılır. Küçükçekmece prokurorluğunda dindirilərkən o, dələduzluq ittihamlarını rədd etsə də, Rusiya vətəndaşlığına malik olduğunu və bu ölkədən Həmzət İsmayılovun adına pasport aldığını təsdiqləyib. Küçükçekmece prokurorluğu Rusiya pasportunun etibarlılığının yoxlanılması üçün müvafiq sorğular göndərib. Daha sonra o, Küçükçekmece Rayon Məhkəməsinə aparılıb və məhkəmə “Dionysus Shaholli” barəsində yüngül həbs qətimkan tədbiri seçərək polis nəzarətinə verib.
 
Daha sonra iş adamı Bakırköy prokurorluğunda dindirilib və o, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. “Şaholli” istintaq orqanlarına keçmiş məşuqəsi Aişə S.O.-dan aldığı borc pulları qaytardığını deyib. Amma  zərərçəkmişin şikayəti əsasında Bakırköy Məhkəməsi məsələ aydınlaşana qədər saxlanılan şəxsin həbs edilməsinə qərar verib.
 
Daha əvvəl prokurorluqda və məhkəmədə dindirilərkən saxlanılan şəxsin əsl adının Azad İsayev olduğu üzə çıxıb.
 
Prokurorluq əməkdaşları İnterpolun rəsmi saytında yerləşdirilmiş Azərbaycan vətəndaşı Azad İsayevin fotosunun “Dionysus Shaholli” görünüşü ilə oxşarlığını məhkəmədə nümayiş etdirib. Bundan sonra Türkiyə prokurorluğu Azərbaycan hüquq-mühafizə orqanlarına sorğu göndərib.
 
Sonda İnterpol tərəfindən axtarışda olan Azad İsayevin kimliyinə aydınlıq gətirilib. Məlum olub ki, bu adam Azərbaycanda xalq artisti Röyanın dostu kimi tanınır. Xüsusən də sosial şəbəkələrdə onların birlikdə onlarla fotosu yayılıb. Azad İsayev sən demə həm “şair” imiş. 1984-cü il təvəllüdlü “şair”in sözlərinə xeyli mahnı da bəsdələnib və populyar müğənnilər ifa edib.
 
Yerli mətbuatın yazdığına görə 2012-ci ildə Azərbaycanı tərk etdikdən sonra Azad İsayev İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətə rəhbərlik edib. Bir il sonra isə mətbuatda İsayevin İstanbulda “ağır qəzada öldüyü” barədə məlumatlar yayılıb. Lakin bir neçə gün sonra İsayev Twitter-də ölümü ilə bağlı xəbərləri təkzib edərək, həqiqətən qəza keçirdiyini, lakin sağ qaldığını bildirmişdi.

 

12:30 - 15 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin