Türkiyədə əməliyyat nəticəsində xəstənin qarnından 7,3 kiloqramlıq kütlə çıxarılıb.
Asayis.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, keçən il ölkənin Əskişəhər vilayətində 44 yaşlı qadına mədı spazmı diaqnozu qoyulub.
Dərman istifadə edən qadın bu dəfə şikayətləri davam etdiyi üçün böyrəklərində daş olduğundan şübhələnərək urologiya klinikasına müraciət edib.
Vəziyyətinin ciddi olmadığı deyilən xəstə proses zamanı kökəlməyə başladığı üçün arıqlamaq üçün yenidən xəstəxanaya müraciət edib və qadının rentgenoqrafiyasında qarnında kütlə aşkarlanıb.
Nəticədə xəstənin qarnından təxminən 2 saat davam edən əməliyyatla 7 kilo 390 qram ağırlığında bir kütlə çıxarılıb.