Türkiyə Superliqasının XV turunun "Rizəspor"la ev matçından sonra baş hakim Halil Umut Meleri vuran "Ankaragücü"nün prezidenti Faruk Koca açıqlama verib.
Asayis.Az xəbər verir ki, 59 yaşlı funksioner məsələ ilə bağlı "Beyaz TV"yə danışıb.
O, əsəblərini cilovlaya bilmədiyini söyləyib: "Gözüm qaraldı. Nə etdiyimi xatırlamıram".
Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.(Report)