Dünyada maraqla izlənilən "Maska" şousunun Azərbaycan versiyası ötən gün yayımlanıb.
Axşam.az xəbər verir ki, İTV-də efirə gedən şounun münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Nigar Camal və Murad Arif oturub.
Şouda maska geyinən məşhurlar səhnəyə çıxıb, münsiflər isə onların kimliyini tapmağa çalışıblar. Yarışmanı ilk tərk edən isə Xalq artisti Gülyanaq Məmmədova olub. Belə ki, münsiflər maskanın altında gizlənən məşhurun kimliyini asanlıqla tapa biliblər.