"Həkimin verdiyi dərmandan şoka düşdüm"

Müğənni Türkan Vəlizadə bir neçə gün əvvəl içdiyi dərmandan şoka düşdüyünü açıqlayıb. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Tarixin bir günü" proqramında danışıb. O bildirib ki, xəstəxanada vurulan antibiotik onu şoka salıb:

"Antibiotikdən şoka düşmüşdüm. 4 saat məni ayılda bilmədilər. Mənə olmaz, bunu həkimə deməmişdim. 2018-ci ildə qəza keçirəndə mənə çoxlu antibiotik vurdular. Artıq bədənim onu götürmür. Mənim güclü başağrılarım var. Elə güclü olur ki, huşumu itirirəm"

16:45 - 12 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin