Prezident Administrasiyasında boşalan yüksək vəzifələrin sayı ARTDI

 Prezident Administrasiyasında boşalan yüksək vəzifələrin sayı ARTDI

Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad ediləndən sonra bu ali orqandakı vakant vəzifələrin sayı 3-ə yüksəlib.

Qeyd edək ki, general-polkovnik Məhərrəm Əliyev ötən həftəsonu dövlət başçısının sərəncamı ilə istefaya buraxılıb və Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Modern.az-ın məlumatına görə, hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vakant olan 3 yüksək vəzifə aşağıdakılardı:

- Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri;

- Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri;

- Sənəd dövriyyəsi şöbəsinin müdiri.

15:30 - 12 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin