"Ayda bir dəfə TikTok-da, instaqramda rəqsimi paylaşıram. Ritm gələndə özümü saxlaya bilmirəm".
Asayis.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Zaurla Günaydın" verilişində deyib. Sənətçi sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib.
TikTok-dan bəhs edən Fatimə "Sosial şəbəkə istifadəçiləri iki yerə bölünüb. TikTok-da qeyri-adi insanlar var. Psixologiyalarında problem var. TikTok-da qoyduğum videoda 500-ə yaxın insan məni təhqir edib. Tənqid etsinlər, amma təhqir olmaz" sözlərini deyib.