Prezident Məhərrəm Əliyevi vəzifəsindən azad etdi - TƏYİNAT

 Prezident Məhərrəm Əliyevi vəzifəsindən azad etdi - TƏYİNAT

Prezident İlham Əliyev general-polkovnik Məhərrəm Əliyevlə bağlı Sərəncam imzalayıb.

Asayis.Az xəbər verir ki, Sərəncama əsasən, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Prezidentin digər Sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, daha əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, Azərbaycanın Tacikistandakı səfiri kimi vəzifələri tutmuş Məhərrəm Əliyev 2019-cu ilin noyabrında Prezident Adminstrasiyasının Hərbi Məsələlər üzrə şöbəsinin müdiri - Prezidentin köməkçisi təyin edilmişdi.

12:06 - 9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin