Prezident seçkilərində 3 gün səsvermə olacaq - MSK təsdilqədi

 Prezident seçkilərində 3 gün səsvermə olacaq - MSK təsdilqədi

Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri üçün üç günlük səsvermənin keçirilməsini rəsmən təsdiqləyib.

Asayis.Az xəbər verir ki, səsvermə 2024-cü il martın 15, 16 və 17-də baş tutacaq.

Bu barədə Mərkəzi Seçki Komissiyasının seçki kampaniyasının başlanmasına həsr olunmuş ilk iclasında məlumat verilib.

Rusiyaya birləşdirilən bölgələrdə seçkilərin keçirilməsi ilə bağlı qərar təhlükəsizlik qüvvələri ilə məsləhətləşmələrdən sonra dekabrın 12-nə qədər veriləcək.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova deyib: “Üç gün ərzində səsvermə artıq bizim seçki sistemimiz üçün ənənəvi hal alır”.

O xatırladıb ki, belə bir sistem ilk dəfə olaraq pandemiya zamanı seçicilərin təhlükəsizliyini təmin etmək üçün istifadə olunub.

Ella Pamfilovanın sözlərinə görə, çoxgünlük seçki “seçicilər tərəfindən bəyənilib” və bunu rəy sorğuları da təsdiqləyir.

Mərkəzi Seçki Komissiyasının rəhbəri vurğulayıb ki, Rusiya tarixində oxşar presedentlər olub. O, təsis məclisinə seçkilərin üç gün davam etdiyi 1917-ci ili misal çəkdi. “Biz öz tariximizi xatırlamalıyıq”, - deyə Pamfilova bildirib.

Dekabrın 6-da Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Hazırkı dövlət başçısı Vladimir Putin yeni müddətə namizəd olmaq qərarını hələ ki, açıqlamayıb. Qeyr-rəsmki mənbələr onun namizədliyinin irəli sürülməsi üçün təşəbbüs qrupunun yaradıldığını bildirib, lakin prezidentin mətbuat katibi Dmitri Peskov Kremlin bu məsələ ilə bağlı hələ qərar vermədiyini deyib.

13:30 - 9 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin