Gəncə terrorunda dağıntılar altında qalan Sevil onu xilas edən Talış adlı oğlanla ailə həyatı qurub.
Asayis.Az xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş paylaşım edib.
“44 günlük Vətən müharibəsində düşmənin törətdiyi Gəncə terroru nəticəsində hər iki valideyinin itirən Sevil və Hüseyinin öz dərd içində qürur rəsmi hələ də gözümüz önündədir. Bu balaların bundan sonra yalnız bu xoşbəxt rəsimlərini görək. Öz qızlarıma arzuladıgım bütün gözəllik və xoşbəxtlikləri, ən əsası sağlamlığı sizə də arzulayıram”, -deyə o yazıb.
Qeyd edək ki, terror hadisəsi yaşanan gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşının xilas etdiyini bildirmişdi. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran həmin sinif yoldaşıdır.
2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.