"Deyirlər ki, Aynur Dadaşova kasıb olduğu üçün həmin təbəqənin toylarına gedir. Qurban olum, o kasıba. Heç zaman insanlarda fərq qoymadım – bunun imkanı var və ya kasıbdır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Tarixin bir günü" verilişində deyib. Sənətçi haqqında deyilən söz-söhbətlərə reaksiya verib:
Kasıb toyunda oxuyanda Aynur Dadaşova Aynur Dadaşova olmur? Cənub bölgəsində həftələrlə məclislərdə olurdum. Rəhmətlik Baloğlan Əşrəfov günlərin bir günü mənə söylədi ki, nə istəyirsən, bu bölgədən? Buranın toylarını zəbt etmisən. Masallı rayonunun bir-bir kəndlərində məclislərdə olmuşam. Bu gün elə o dedikləri kasıb insanların hesabına evə, bağa sahib olmuşam".