Türkiyəli məşhur aktrisa Hilal Altınbiləyin atası Özdəmir Altınbilək vəfat edib.
Asayis.Az xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb.
Bildirilib ki, aktrisanın uzun müddətdir xərçəng müalicəsi alan atası 66 yaşında dünyasını dəyişib.
Özdəmir Altınbilək üçün Kilyos Mərkəz Ərdoğan Məscidində dəfn mərasimi keçirilib. Aktrisa dəfn mərasimində dayanmaqda çətinlik çəkib.
Mərasimdə aktrisanın dostları və tanınmış simalar da iştirak edib.