Növbəti köç karvanı Füzuli şəhərinə yola düşdü

 Növbəti köç karvanı Füzuli şəhərinə yola düşdü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Asayis.Az xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dekabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 77 nəfər köçürülüb. Bununla da indiyədək Füzuli şəhərində 332 ailənin (1183 nəfərin) daimi məskunlaşması təmin edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. 

10:30 - 8 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin