Qadın sürücülük vəsiqəsi ala bilmək üçün 59 dəfə imtahan verdi

 Qadın sürücülük vəsiqəsi ala bilmək üçün 59 dəfə imtahan verdi

Britaniyalı qadın sürücülük vəsiqəsi ala bilmək üçün 59 dəfə imtahan verməli olub. 

Asayis.Az “SkyNews”-a istinadən xəbər verir ki, qadın sürücülük vəsiqəsi almaq üçün nəzəri imtahandan keçməyə təxminən 1400 funt sterlinq xərcləyib.

Britaniyada sürücülük imtahanının nəzəri hissəsi 50 sualdan ibarətdir. İştirakçıdan 43 suala düzgün cavab vermək tələb olunur, daha sonra 14 videoçarxdan ibarət risk qavrama testi yerinə yetirilir.

Statistikaya görə 58, 56 və 54 dəfə imtahanda iştirak edib uğur qazananlar da var. İmtahanda iştirak rüsumu 23 funt sterlinqdir. Kəsilənlər təkrar iştirak üçün üç gün gözləməlidirlər. Həmçinin iki il ərzində praktiki imtahandan keçə bilməyənlər yenidən imtahan verməlidirlər.

10:45 - 6 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin