“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə, dələduzluqda itiham olunan Ş. Əmirov “Qəfəs-15” əməliyyatı ilə Sarıyer bölgəsində yaxalanıb.
“Beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara qarşı mübarizəni getdikcə daha da artıracağıq”.
Qeyd edək ki, Ş. Əmirov Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçisidir.