“Ölüsünü yerindən çıxardaram” - Təranə QUMRAL HƏDƏLƏDİ (VİDEO)

 “Ölüsünü yerindən çıxardaram” - Təranə QUMRAL HƏDƏLƏDİ (VİDEO)
"Bizim bu evliliyimiz heç də asan başa gəlməyib. "Başı bəlalı sevgimiz". Ömür boyu bu sevgim və evliliyim başıma bəla oldu".  

Asayis.Az
 bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər verilişində deyib.  

"Musa ilə ailə qurduğuma görə, peşman deyiləm" deyən sənətçi, həyat yoldaşı Musa Musayevlə evliliyindən və münasibətlərindən söz açıb: 

"Artıq peşman olmaqdan keçib. 32 ildir ki, ailəliyik. Musa mənim üçün həm də sərhəd olub. Çünki ailəli insanlar sərhədi keçə bilmirlər. Hər zaman qarşılarında "ailəlisən, uşaqların var, ora-bura getmək, etmək istədiyin işləri görə bilmərsən" kimi sədd olur. Hərdən Musa ilə dalaşanda deyirəm ki, sən olmasaydın indi mən..."  

Təranə ailəsinə dil uzadanları efir vasitəsi ilə sərt şəkildə hədələyib: 

"Hər zaman deyirəm ki, mən səhnədə müğənni, küçədə sıradan bir insanam, evdə isə həyat yoldaşımın xanımı, uşaqlarımın anasıyam. Musa dəlisov kişidir. O hər şeyi həzm edə bilmir. Əslində bir çox insanlar mənim yerimdə olmaq istəyir. İnsanlar var ki, onlar "Yazıq Musa Musayev" fikirlərini səsləndirirlər. 

Mən danışan və deyən tərəfəm. Heç zaman icazə vermərəm ki, kimsə topuğumdan yuxarı qalxsın. Heç zaman icazə vermərəm ki, kimsə mənə artıq söz desin. Belə insanlar əslində çoxdur. Hər zaman faktlarla danışıram. Mənə, həyat yoldaşıma, uşaqlarıma söz dəyən insanın ölüsünü yerindən çıxardaram. Ona görə də mənə dəymək olmaz. Heç kimlə işim yoxdur". 

T.Qumral "Musanın yanımda belə sakit olmasına baxmayın. Onun "bir metr" dili var. Bir kəlimə Musaya söz deyə bilmərsən. Desən heç bilirsiniz nə edər..." sözlərini dilə gətirib. 

Qeyd edək ki, Təranə və Musa cütlüyünün Fidan, Qumral və Sevgim adlı üç qız övladı var.
 

 

13:45 - 4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin