Prezidentin Lalə Məmmədovaya hədiyyə etdiyi ev - VİDEO

 Prezidentin Lalə Məmmədovaya hədiyyə etdiyi ev - VİDEO
Əməkdar artist Lalə Məmmədova evinin görüntüsünü paylaşıb. 

Axşam.az xəbər verir ki, müğənni yeni evinə köçdüyünü vurğulayıb. 

"Şam ağacımız da hazırdır. Yeni evimiz, Yeni il" deyə, L.Məmmədova paylaşımında yazıb. 

Qeyd edək ki, 2020-ci ildə Prezident İlham Əliyev Lalə Məmmədovaya ev hədiyyə edib. Heydər Əliyev prospektində yerləşən mənzil 3 otaqdan ibarətdir. Lalə Məmmədova açıqlamasında bildirib ki, Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürüb.
 

 

12:15 - 4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin