Xəbər verdiyimiz kimi, dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlət başçısı gərgin iş qrafikinə baxmayaraq, Sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə də ayaqüstü söhbət etməyə vaxt tapıb.