Avstraliya elektron siqaretlərin idxalını qadağan edir

 Avstraliya elektron siqaretlərin idxalını qadağan edir

Avstraliya yanvarın 1-dən birdəfəlik elektron siqaretlərin idxalını qadağan edəcək.

Asayis.Az 
xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, Avstraliyada hökumət birdəfəlik elektron siqaretlərin gənclər arasında populyarlığına görə 2024-cü il yanvarın 1-dən ölkəyə idxalının qadağan ediləcəyini açıqlayıb.

Rəsmi rəqəmlərə görə, əhalinin 12 faizdən azının gündəlik siqaret istifadə etdiyi ölkədə 14-17 yaşlı gənclərin təxminən 15 faizi elektron siqaretdən istifadə edir.

"Elektron siqaretlərin böyük əksəriyyətində nikotin var və uşaqlar onlara aludə olurlar" deyən Səhiyyə Naziri Mark Batler bunun daha da "narahatedici" olduğunu, çünki elektron siqaret istifadəçilərinin də tütün çəkmə ehtimalının 3 dəfə çox olduğunu bildirib.

Səhiyyə naziri onu da bildirib ki, birdəfəlik elektron siqaretlərin idxalına qoyulan qadağaya 2024-cü ilin son aylarında məhsulların ölkədə istehsalı və satışı da daxil olacaq.

12:45 - 30 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin