Arda Turandan dələduzluq yolu ilə “bir otaq dolusu” pul alınıb - FOTO

 Arda Turandan dələduzluq yolu ilə “bir otaq dolusu” pul alınıb - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyədə, aralarında məşhur futbolçuların və futbol adamlarının da olduğu 18 nəfər külli miqdarda dələduzluğa məruz qalıblar.

Asayis.Az xəbər verir ki, sözügedən futbolçulardan Arda Turanın sabiq bank müdiri Seçil Erzana 13 milyon 900 min dolları əldən verdiyi iddia olunur.

Sosial şəbəkələrin Türkiyə seqmentində ən çox müzakirə olunan məsələlərdən biri isə sözügedən məbləğin həcmi və necə daşınmasıdır. İstifadəçilərdən biri bu sualın cavabını qismən də olsa aydınlaşdırmaq üçün sözügedən məbləği süni intellekt vasitəsilə 12 kvadratmetrlik bir otağa yerləşdirib.
Ortaya çıxan təsvir sosial mediada yeni müzakirə mövzusuna çevrilib.
Süni intellektin yaratdığı görüntünü təqdim edirik:



Qeyd edək ki, Arda Turan, Fernando Muslera və Emre Belözoğlu da daxil olmaqla bir çox məşhur sima yüksək gəlirli və etibarlı fondlar vədi ilə təxminən 25 milyon dollar aldadılıb.

 

17:15 - 29 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin