Türkiyə müdafiə naziri Azərbaycana səfərə gəlib

 Türkiyə müdafiə naziri Azərbaycana səfərə gəlib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" səhifəsində məlumat yayıb.

Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb.

Yaşar Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edib. .

14:45 - 27 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin