Daşkənddə Jah Khalibin konsertinə görə izdiham yaşanıb

 Daşkənddə Jah Khalibin konsertinə görə izdiham yaşanıb

Noyabrın 25-də Qazaxıstanda fəaliyyət göstərən azərbaycanəsilli hip-hop ifaçısı, repçi Jah Khalibin (Bəxtiyar Məmmədov) Daşkənddəki Humo Arena sarayında konserti baş tutub.

Lakin konsertdən əvvəl tədbir məkanı qarşısında izdiham və ciddi narazılıq yaranıb.

Bəzi məlumatlara görə, konsert üçün ifaçının pərəstişkarlarına saxta biletlər satılıb və həmin biletlərlə arenaya gələnlər zala daxil ola bilməyiblər.

Baş verən insidentin qarşısı Milli Qvardiya tərəfindən alınıb. İctimai asayişi pozmaqda şübhəli bilinən vətəndaşlar zabitlər tərəfindən hadisə yerindən təhlükəsiz zonaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Bildirilir ki, insident nəticəsində ölən və yaralananlar olmayıb.//Oxu.az

13:00 - 27 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin