Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulub.
“Report” xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, uyğun protokol noyabrın 24-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə imzalanıb. Sənədi Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Suktan bin Abdalla əl-Luayan əl-Ankar imzalayıb.
Xatırladaq ki, noyabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanda tərəflər arasında diplomatik münasibətlərin qurula biləcəyindən bəhs etmişdi.