Yaponiyada qəribə ənənə - İşçiləri ağladıb, sonra təsəlli verirlər

 Yaponiyada qəribə ənənə - İşçiləri ağladıb, sonra təsəlli verirlər

Yaponlar çox vaxt kədərlərini ifadə etməkdən çəkinirlər. Lakin araşdırmalar göstərir ki, başqalarının qarşısında ağlamaq iş mühitinə müsbət təsir göstərə bilər. Yaponlar da işdə effektivliyi artırmaq üçün qəribə metod tətbiq ediblər.

Asayis.Az Skynews-a istinadən xəbər verir ki, bir çox yapon şirkətlərində məhz kədərli və depressiyada olan işçiləri ağlatmaq üçün xüsusi mütəxəssislər işə götürülür. Bu, şirkətlərdə təqdim olunan xüsusi bir xidmət halına gəlib. Hesab edilir ki, ənənəvi üsullar işçilərə stimul vermir, ona görə də bu cür unikal metoddan istifadə edirlər.  

Bəzi şirkətlərdə bu iş “part-time” görülür, bəzilərində isə tam iş günü hesablanır. Bu konsepsiyanın işə salınmasında məqsəd işçilərin mənəvi rahatlığını təmin etmək, emosiyalarını ifadə etmələrinə imkan yaratmaqla onları stresdən qurtarmaqdır. İşçiləri ağlatmaqla vəzifələndirilən peşə sahibləri bunun üçün emosional filmlər göstərir, sonra isə ağlayanların göz yaşlarını silib təsəlli verirlər.

Tənqidçilər bu təcrübəni birmənalı qarşılamır, lakin bunun tərəfdarı olanlar da az deyil. 

10:30 - 26 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin