Hacı Nuranla İlqar arasında qalmaqal yaşandı, "Xarı-Bülbül"də baş verənlər...

 Hacı Nuranla İlqar arasında qalmaqal yaşandı,

işilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın" voleybol komandaları dağılmaq üzrədir.

Asayis.Az xəbər verir ki, buna səbəb komandada yaşanan maliyyə sıxıntılarıdır.

Yarandığı ilk illərdə Avrokuboklara vəsiqə qazanan komandada ayrılıqlar da başlayıb.

Məlumata görə, 19 noyabrda "Xarı bülbül Şuşa" komandası ilə Yunanıstanın “Panatinaikos” komanadası arasında baş tutan oyundakı məğlubiyyətdən sonra klubun prezidenti Hacı Nuran Hüseynovla kapitan İlqar İmamquliyev arasında problem yaşanıb.



Oyundan sonrakı gün İ.İmaməliyevlə Hacı Nuranın yolları ayrılıb. Hətta tərəflər bir-birlərini instaqramda izləmədən də çıxarıblar.

Qeyd olunur ki, komanda federasiya tərəfindən maliyyələşmədiyindən çətin vəziyyətə düşüb. Danışıqlar aparılan şirkətlər komandaya sponsorluq etmək istəməyib.

Hacı Nuranın “Xarı Bülbül Şuşa”nın prezidenti postundan kənarlaşdırıldığı da məlumatlar arasındadır.

Məlumata görə, “Xarı Bülbül Şuşa” bu səbəbdən avrokubokda – Çelenc Kubokunun 1/16 final mərhələsində Yunanıstanın “Panatinaikos” komandasına qarşı Bakıda oyuna çıxmaq istəməyib. Yalnız Azərbaycan Voleybol Federasiyası bir ayın maaşını ödəməyi boynuna götürdükdən sonra, məşqlər bərpa olunub və komanda oyuna çıxıb.

Komandamızın noyabrın 29-da Afinada baş tutacaq oyun üçün təyyarə biletlərinin maliyyə problemləri ucbatından alınmadığı deyilir. Buna görə "Xarı Bülbül Şuşa"nın səfər oyununa çıxması sual altındadır. 

Qeyd edək ki,  komanda ətrafında yaranmış vəziyyət sosial şəbəkələrdə ciddi müzakirəyə çevrilib.

Bir çox sosial şəbəkə istifadəçiləri komandaya vaxtında maliyyə dəstəyinin göstərilməsini və klubun dağılmasının qarşısının alınmasını istəyiblər.

Jurnalist Ürfan Məmmədli də torpaqlarımızın işğaldan azad edilməsinin simvollarından birinəə çevrilən Xarı Bülbülün adını daşıyan komandanın vəziyyətinə görə məyusluğunu dilə gətirib:

"Bu gün "Dəmir yumruq" sayəsində ermənilərin əlindən aldığımız "Xarı Bülbül"ə sahib çıxa bilmirik.

Avrokuboklarda bir mərhələni adlayan komanda növbəti oyununa çıxmaq üçün Yunanıstana səfər edə bilmir. 4 gün sonra Afinada olmalı olan komandanın biletləri belə alınmayıb. Nəinki beynəlxalq oyuna çıxa bilmir, komanda rəsmən dağılmağın astanasındadır. Aylardır məvacibsiz oynayan idmançıların ümidi var idi. Artıq o ümid tam sönür. 

Ermənilər buna necə sevinəcək bir düşünün. Məhdud imkanlarla bəlli məsafə qət et, amma heç bir sponsor ölkənin zəfər simvoluna arxa durmasın. Qalib ölkənin qələbə simvolu bu hala düşməməlidir", - deyə o yazıb.

18:00 - 25 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin