İqtisadiyyatımıza 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub - İlham Əliyev

 İqtisadiyyatımıza 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub - İlham Əliyev

Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

“Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”, – deyə dövlətimizin başçısı bildirib.

14:33 - 24 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin