Bakı TƏSDİQLƏDİ - Görüş 30 noyabrda olacaq!

 Bakı TƏSDİQLƏDİ - Görüş 30 noyabrda olacaq!

Azərbaycan XİN noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.

Bu barədə XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib. 

Bildirilir ki, əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəd bölgəsində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Ermənistan XİN də görüşün noyabrın 30-da olacağını açıqlayıb.

17:45 - 24 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin