Bu barədə Asayis.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib.
Bundan başqa helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib.
Keçirilən məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək və ekstremal şəraitlərdə döyüş tapşırıqlarının icrası üzrə praktiki vərdişlərini təkmilləşdirməkdir.