Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planı təsdiq edilib - SƏRƏNCAM

 Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planı təsdiq edilib - SƏRƏNCAM

“Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli;

Fəaliyyət Planının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşrılıb.

15:55 - 23 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin