Ermənistanda səfərdə olan İraq Prezidenti Əbdüllətif Camal Rəşid İrəvanda qondarma soyqrım abidəsini ziyarət edib.
Asayis.Az xəbər verir ki, erməni mediası İraq Prezidentinin "soyqrım abidəsi"ni ziyarət etməsinin görüntülərini yayıb.
Qeyd edək ki, İraqın doqquzuncu Prezidenti olan Əbdüllətif Camal Rəşid iraqlı kürd siyasətçidir.
O, əvvəllər Nuri əl-Maliki hökuməti dövründə su ehtiyatları naziri olub. Bundan əvvəl o, həm İraq Keçid Hökumətində, həm də İraq Müvəqqəti Hökumətində eyni vəzifədə çalışıb.
Əbdüllətif Camal Rəşid İraqın Kürdüstan Vətən İttifaqının (KYB) Böyük Britaniyadakı keçmiş mətbuat katibi olub.