"Ukrayna heç zaman Krımın və Donbasın Rusiyaya verilməsi ilə razılaşmayacaq”
Asayis.Az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Zelenski deyib ki, Ukrayna Rusiyanın işğalına qarşı sonadək mübarizə aparacaq:
“Krımı və Donbası Rusiyaya versək, müharibəni dayandıracağıq, lakin Ukrayna belə bir razılaşma ilə razılaşmayacaq. Əgər ABŞ-ın keçmiş Prezidenti Donald Trampın müharibəni dayandırmaqla bağlı konkret planı varsa, mən onunla görüşməyə və Ukrayna ilə bağlı “sülh planını” dinləməyə hazıram”.