"Həyatımda bir insan yoxdur. Amma olsa da dəyərimi bilməsə, deməli axmaqdır. Olmalıdır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial şəbəkə hesabında yazıb. Sənətçi izləyicilərinin ona ünvanladığı sualları cavablandırıb.
Günel saxta profillərlə ona yazılan mesajlardan bəhs edərək "Onları dayanmadan əngəlləyirəm. Utanmadan yeni profillər açırlar. Cəsarətiniz olsun. Gerçək hesabınızdan edə bilmirsiniz, niyə uzaqdan maraqlanırsınız?" reaksiyasını verib.
İfaçı ona yazılan evlilik təklifinə isə "Nə? Yox... Evlilik marağında deyiləm, mən aşıq olmadan olmaz" cavabını verib.
Başqa bir izləyicisi isə Günelə "Mənimlə evlənib, Dubayda yaşayarsan" sualını ünvanlayıb. İfaçı isə onu cavabsız qoyub.