Ermənistanın mina istehsal edən ölkələr siyahısına salınıb

 Ermənistanın mina istehsal edən ölkələr siyahısına salınıb

"Landmine Monitor 2023" Ermənistanı piyadalar üçün mina istehsal edən ölkələr siyahısına əlavə etdi. Ermənistanın təkzib etməsinə baxmayaraq, məhz bu fakt bir daha Azərbaycanın Ermənistana qarşı 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı iddialarını sübut edir".

Asayis.Az 
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında yazıb.

"Ermənistan Azərbaycanın o zaman işğal olunmuş torpaqlarına milyonlarla mina yerləşdirib. Nəticədə 2020-ci ilin noyabr ayından 340-dan çox azərbaycanlı mina partlayışının qurbanı olub", - Prezidentin köməkçisi qeyd edib.

13:45 - 22 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin