Ermənistan anlamalıdır ki, sülhün kökləri Parisdə deyil, burdadır - Hikmət Hacıyev

 Ermənistan anlamalıdır ki, sülhün kökləri Parisdə deyil, burdadır - Hikmət Hacıyev

"Ermənistan anlamalıdır ki, sülhün kökləri, toxumları Vaşinqton, Brüssel və Parisdə deyil, burdadır".

Asayis.Az 
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu sülhün irəli aparılması, ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan regionun içinə baxmalı, Azərbaycanla danışıqları davam etdirməlidir:

"Azərbaycanda xoş niyyət var. Ölkəmizin suverenliyi təmin edilib, regionda yeni status-kvo yaranıb və bu status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanan legitim status-kvodur. Bundan əvvəlki status-kvo, hansı ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edərək yaratmışdı, Ermənistanın dəstəkləyicisi olan Minsk qrupu üzvləri də müdafiə edirdi, bu, haqsız və qəbuledilmız idi".

12:30 - 22 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin