Azərbaycanın Əməkdar artisti Abbas Bağırov açıq havada siqaret çəkilməsini və tütün məmulatları tullantılarının yerə atılmasını tənqid edib.
İfaçı məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O yazıb: “Bir çoxunda tərbiyə yoxdur: Avtomobil idarə edərkən pəncərədən, evinin eyvanından aşağıya atan kim?! Parklarda reyd keçirtmək gözəl olardı. İnsanlar gəlir parklarda təmiz hava alıb istirahət etməyə. Yanında əllərində topa-topa siqarət çəkərək gəzib insanları narahat edirlər”.