Ötən il Türkiyədə oynanan futbol matçında hakimi baş zərbəsi ilə yaralayan futbolçu 6 ay həbs cəzasına məhkum edilib.
Asayis.Az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, ötən il ölkənin Zonquldak vilayətində baş verən oyun zamanı “qırmızı kart” alan oyunçu Serkan Albayrak hakimə kəllə atıb.
Aylardır davam edən məhkəmə Devrek AKD komandasının oyunçusu Serkan Albayrakı haqsız hesab edərək, 6 ay həbs cəzasına məhkum edib.