Vitali Balasanyan DİNDİRİLDİ

 Vitali Balasanyan DİNDİRİLDİ

Artıq özünü buraxan Qarabağdakı qondarma qurumun "Təhlükəsizlik Şurasının keçmiş katibi" Vitali Balasanyan dindirilib.

Asayis.Az
 xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti məlumat yayıb.

Onun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırıldığı və burada dindirildiyi bildirilir.

Balasanyan qanunsuz silahlı hərbi birləşmənin təhlükəsizlik şöbəsinin rəis müavini, polkovnik Norayr Aslanyana qarşı cinayət işi üzrə dindirilib.

Aslanyan odlu silah və sursatların qanunsuz dövriyyəsində ittiham olunur. O, 5 aydır həbsdədir və Milli Təhlükəsizlik Xidmətinin təcridxanasındadır.

17:36 - 17 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin